Onlayn ictimai-siyasi qəzet
Paşinyan Ermənistanda ərazi bütövlüyünün qalmadığı bir zamanda hansı yeni münasibətlərdən dəm vurur?
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Silahlı Qüvvələrin Transformasiya Konsepsiyası”nda qeyd olunur ki, Ermənistana ərazilərini qorumaq üçün döyüşə hazır və müasir texnika və silahlarla təchiz edilmiş Silahlı Qüvvələr lazımdır. Bundan başqa sənəddə yazıldığına görə, “bir mərkəzə əsaslanan asimmetrik və iyerarxik münasibətlər, bir çox mərkəzlərlə əvəz olunacaq”.
Daha sadə desək, hakimiyyət deyir ki, bir mərkəzə, Rusiyaya arxalanaraq, asılı münasibətlər qurmaq əvəzinə, bir neçə ölkəni seçirik”,-deyə Abramyan bildirib.
Revanşist deputata görə, yeni siyasət Ermənistanın “ərazi bütövlüyünü” və “sərhədlərinin toxunulmazlığını” təhdid edir və sənədi “anti” və yeni toqquşmalar konsepsiyasına çevirir”.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ