İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Bu gün Ermənistan batan gəmiyə bənzəyir, kapitanı isə...

İndiki vəziyyətdə Ermənistan hakimiyyəti cəmiyyətin hələ də qərarsız və azmış hissəsini bir şeyə inandırmaq istəyir: türklərlə dostluq qurmaq, sülhə nail olmaq və bununla birlikdə dövlətçiliyi itirməmək olar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Revanşist siyasətçi bu statusunda Türkiyə əleyhinə təhiqamiz ifadələr işlətməkdən də çəkinməyib.

“Yeri gəlmişkən, 2016-cı ildə, 2020-ci ildə və ondan sonra Türkiyənin qınaq obyektinə çevrilən İsrail eyni Türkiyə ilə birlikdə Azərbaycanı silahlandırıb və müdafiə edib. Türkiyənin əsas müttəfiqi olan Azərbaycan İsraili enerji və başqa vasitələrlə dəstəkləyir. Ermənistan isə bu gün batmaqda olan gəmiyə çox bənzəyir, kapitan yalnız öz həyatı və rifahı ilə maraqlanır”, - deyə Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR