“Qumralı sevib, ailə qurmuşam. Sevgi olmasaydı, bu iş olmazdı. Yaşa dolduqca sevgimiz daha da möhkəmləndi”.
Bu sözləri müğənni Qumral Musayevanın həyat yoldaşı Natiq “Tarixin bir günü” verilişində deyib.
O bildirib ki, hər zaman xanımına dəstəkdir:
“17 yaşında idi Qumral, onunla ailə qurdum. Təbii ki, bizim rəsmi nikahımız oldu. Bizim bir oğlan və qız övladımız var. İstəmərəm ki, qızım 17 yaşında ailə qursun. İstəyirəm ki, o, yanımda olsun. Mən Qumrala hər zaman dəstəyəm və onun yanındayam. Xanımıma hər zaman cansağlığı arzu edirəm və hər zaman ailəsinin başının üzərində olsun. Mən efir adamı deyiləm, danışmaqda çətinlik çəkirəm. Mən efirdə olmamışam və olmaq da istəmirəm. Qumrala deyirlər ki, həyat yoldaşınla gəl. Mən isə deyirəm ki, axı gedib mən orada nə danışıcağam. Getmirəm, amma efirlər məni yenidən çağırırlar. Qumrala deyirəm ki, sən sənətçisən, mənim isə efirə heç bir adiyyətim yoxdur. Mənim öz şəxsi işim var”.
Daha sonra Qumral və Natiq proqramda musiqi sədaları altında rəqs edib. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ