Onlayn ictimai-siyasi qəzet
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, qeyd olunan məsələ nəzarətə götürülüb.
Vətəndaşın fikizi zorakılığa məruz qalması ilə bağlı daxil olmuş müraciət əsasında Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertizanın rəyi alınıb.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun tədbir görüləcək.
***
Aparıcı Lalə Azərtaş həyat yoldaşı tərəfindən döyülən qadının görüntülərini yayıb.
Musavat.com axşam.az-a istinadən bildirir ki, aparıcı üzü döyülməkdən şişən və göyərən qadının videosunu paylaşaraq, yardım istəyib:
"Həyat yoldaşı ağzını "skoçla" bağlayıb onu döyüb. İlk dəfə deyil ki, onu vəhşicəsinə döyür. Sonuncu dəfə onu qucaqda polis idarəsinə aparıblar. Sonra ərinin təkidi ilə ərizəsini geri götürüb. Həyat yoldaşı narkotik maddə istifadəçisidir. Xəzər Rayon polis idarəsindən xahiş edirəm, onu xilas etsinlər, məsələ ciddi yanaşılsın. Çünki növbəti dəfələrdə bu qızın həyatını xilas etməyə bilərik".
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ