İnsanlara hürriyət, millətlərə istiqlal!

Əri tərəfindən bağ evində öldürülən tanınmış cərrah imiş - FOTO

Abşeron rayonunda qətlə yetirilən Türkan Gündüzlə bağlı yeni məlumatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün qətlə yetirdiyi həyat yoldaşı Türkan Gündüz tanınmış plastik-cərrah olub.

Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib.

Onun son iş yeri “City Hospital” klinikası olub.

***

Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR