İnsanlara hürriyət, millətlərə istiqlal!

Əri ilə bağlı qalmaqala görə istefa verdi - FOTO

Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi və xarici işlər nazirinin keçmiş birinci müavini Emine Caparova istefa vermək niyyətində olduğunu açıqlayıb.

Bu barədə məlumatı Caparova öz feysbuk hesabında paylaşıb.

Ukraynalı diplomatın istefa verməsinə səbəb milyarder həyat yoldaşı Gennadi Boqolyubovun xarici ölkəyə səfəri ilə bağlı yaranmış qalmaqal olub.

Onun sözlərinə görə, istefa ərizəsini ölkənin XİN rəhbəri Dmitri Kulebaya ünvanlayıb. O bildirib ki, qanun pozuntusuna yol verməyib və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməyib.

Caparova, həmçinin ailəsi ilə bağlı son hadisələri "ədalətsiz" adlandırıb.

Qeyd edək ki, iyulun 7-də yayılan məlumata görə, "Privatbank"ın eks-səhmdarı G. Boqolyubovun Ukrayna ərazisini qanunsuz tərk etməsi ehtimal edilir. Milyarder dövlət sərhədini rəsmi olaraq tərk etməsə də, onun rəsmi buraxılış məntəqələrindən keçməyərək və yaxud başqasının adına olan pasportla xaricə səfər etdiyi güman edilir. Biznesmenin Avstriyada ola biləcəyi qeyd olunub. Daha sonra Boqolyubova sərhədi qanunsuz keçmək və başqasının pasportundan qanunsuz istifadə etməklə bağlı ittiham irəli sürülüb. Ukrayna mediası isə Caparovanın həyat yoldaşını avtomobillə Kiyev vağzalına apardığını, sonuncunun isə qatarla Polşaya getdiyini yazıb./qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR