Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakıya turist kimi gələn üç ərəb vətəndaşının Şəhidlər Xiyabanında yol verdiyi qeyri-etik davranış cəmiyyətdə ciddi qəzəb yaratmışdı. Hadisədən dərhal sonra həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, barələrində cinayət işi açılmışdı.
Hadisənin yaratdığı gərginlik fonunda maraqlı və fərqli bir mənzərə də qeydə alınıb. Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Azərbaycana səfərə gələn bir qrup ərəb turistin azərbaycanlılarla birgə Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarlarının üstünə qərənfil qoyması əks olunub.
Turistlər Azərbaycan xalqına, həm də vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə hörmət və ehtiram göstərmək niyyətində olduqlarını nümayiş etdiriblər. Onlar həm ərəb, həm də Azərbaycan dillərində çıxış edərək əvvəlki qalmaqallı hərəkətlərin yanlış olduğunu, bunun bütövlükdə ərəb dünyasının mövqeyini əks etdirmədiyini vurğulayıblar. Onlar Azərbaycan xalqının ağrı-acılarına, şəhidlərin müqəddəs xatirəsinə hörmət etdiklərini bəyan ediblər.
Yayılan həmin videogörüntüləri təqdim edirik:
Xalidə Gəray
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ