İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərəb şeyxi” Qırğızıstanda bazar sahibinə kələk gəlib - 145 min dollar...

 Qırğızıstanın paytaxtı Bişkekdə xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə Bişkek polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki. bir il əvvəl Tokmok şəhərindəki “Ak-Tilek” bazarının sahibi hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və onlardan 3 nəfər barəsində tədbir görülməsini istəyib. Onun sözlərinə görə, onlardan biri özünü BƏƏ-dən Qırğızıstana investor kimi gələn şeyx kimi təqdim edib. 2021-ci ilin noyabrında o, bazarı 145.000 dollara satmaq üçün onunla müqavilə bağlayıb. Amma müqavilənin qondarma olduğu üzə çıxıb və sahibkar aldadılıb.

Bu fakt Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 209-cu (“Dələduzluq”) maddəsi ilə ERP-də qeydə alınıb.

Bişkek polisinin əməliyyatçıları şübhəli şəxsi saxlayıblar. Onun İraq vətəndaşı H.K olduğu üzə çıxıb. O, təcridxanaya yerləşdirilib. Digər təqsirləndirilən şəxslər isə axtarışa verilib.

Hüquq-mühafizə orqanları şübhəlilərin başqa cinayətlərdə də əli olduğunu istisna etmirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR