Onlayn ictimai-siyasi qəzet
Misir, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya HƏMAS-ın Qəzzadakı hakimiyyətdən əl çəkməsini və silahları Fələstin Muxtariyyətinə təhvil verməsini tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dörd ərəb ölkəsinin imzaladığı sənədi həmçinin Böyük Britaniya, Fransa, Kanada, Braziliya, İtaliya, İspaniya, Norveç və İrlandiya dəstəkləyib.
Bəyanatda HƏMAS-a qarşı tələblərdən əlavə İsrailə çağırışlar da yer alır. Xüsusilə, imzalayanlar Qəzzada hərbi əməliyyatların dərhal dayandırılmasını və İordan çayının qərb sahilindəki yəhudi mühacirlərin fəaliyyətinə son qoyulmasını tələb edirlər.
Ölkələr Fələstin dövlətinin tanınmasını gələcək iki dövlətli həllin vacib hissəsi hesab edirlər. Sənəd Nyu-Yorkda keçirilən konfransda qəbul edilib və sentyabr ayına qədər BMT tərəfindən təsdiqlənməlidir. DPA agentliyinin məlumatına görə, o vaxta kimi digər ölkələr də ona qoşula bilər.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ