İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Zelenski ilə görüşü olub - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilib.

“Report” xəbər verir ki, 2 saat 30 dəqiqə davam edən görüşdə iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

Daha sonra liderlərin geniş tərkibdə görüşü olub.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş başlayıb.

"Report" xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Hər iki ölkənin liderləri İstanbulda görüşürlər.

Görüşdə sülh formulu, NATO Sammiti, təhlükəsizlik zəmanətləri, Taxıl sazişi, Ukraynanın yenidən qurulması, Türkiyə və Ukrayna şirkətləri arasında müdafiə müqavilələri üzrə mövqelərin koordinasiyası müzakirə olunacaq.

Liderlər təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında keçiriləcək görüşə sədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR