İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın MAT HƏMLƏSİ - O bu qərarı seçkidən əvvəl vermişdi

Xəbər verdiyimiz kimi, aprelin 20-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Filyos Qaz Emalı Müəssisəsində Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib. Ərdoğan bütün dünyanın maraqla gözlədiyi mərasimdə bir-birinin ardınca şad xəbərləri sıralayıb. Türkiyə Prezidenti evlərə verilən təbii qazın 1 ay müddətində pulsuz olacağını açıqlayıb. 

"İki şad xəbəri paylaşmaq istəyirəm. Birinci şad xəbər, vətəndaşlarımızın mətbəxlərində istifadə etdikləri təbii qaz və isti su istehlakını 1 il pulsuz edirik. Ayda orta hesabla 25 kubmetr olan təbii qazın dəyəri bir il müddətində hesablardan çıxılacaq. Nəzərə alsaq ki, qarşıda yay gəlir, bu, o deməkdir ki, bir çox evlər qaz pulunu ümumiyyətlə ödəməyəcək. Pulsuz təbii qazınız xeyirli olsun. İkinci müjdəmizi elan edirəm, 1 ay ərzində Türkiyədəki bütün yaşayış evlərinin təbii qaz istehlakı üçün ödəniş edilməyəcək", - Ərdoğan deyib.

Musavat.com xəbər verir ki, Ərdoğanın bu addımına diqqət çəkən dünya mətbuatında geniş xəbərlər və təhlillər yer alıb.

"Middle East Eye" jurnalında “Türkiyə seçkiləri: Ərdoğan yaşayış məntəqələrinə pulsuz Qara dəniz qazı təklif edir” başlıqlı məqalə dərc edilib. 

Məqalədə qeyd olunub ki, Türkiyə prezidenti xalqa hələ seçkidən əvvəl pulsuz qaz vəd etmişdi.

Yunanıstan mətbuatı isə yazır ki, "Ərdoğan bu oyunu necə oynayacağını bilir".

"Bu, mat həmləsidir. Çünki o, seçki oyununu necə oynayacağını yaxşı bilir", - məqalədə deyilir.

"Bloomberg" isə Ərdoğanın mənzil təsərrüfatları üçün təbii qaz ödənişlərinə bir illik endirim vəd etdiyinə diqqət çəkib. “Türkiyə təbii qazının bir hissəsini gələcəkdə Avropaya ixrac edə bilər, lakin prioritetin daxili bazara veriləcəyi bildirilir" - məqalədə qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR