İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın infarkt keçirdiyi barədə xəbərlərə - RƏSMİ CAVAB

Ərdoğan administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi prezidentin infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, Türkiyə vitse-prezidenti isə Ərdoğanın sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, aprelin 26-da axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşmişdi və nəticədə müsahibə yarımçıq kəsilmişdi.

Daha sonra açıqlama verən Ərdoğan gərgin iş qrafiki ilə bağlı soyuqladığını bildirmişdi. Bundan sonra Ərdoğanın səhhətində ciddi problemlər olduğu, hətta infarkt keçirdiyi haqda şayiələr dolaşırdı. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR