İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda qandallandı - VİDEO

Zafer Partiyasının sədri Ümit Özdağ, 19 yanvar 2025-ci ildə partiyasının il başqanları ilə keçirilən məsləhətləşmə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “Prezidentə təhqir” və “xalqı kin və düşmənçiliyə təhrik” ittihamları ilə başlanan istintaq çərçivəsində saxlanılıb.

Musavat.com xəbər verir ki, Özdağ, Ankarada yemək yediyi restoranda saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və İstanbula gətirilib.

Zafer Partiyası rəsmi açıqlamasında bütün vətəndaşları və partiya üzvlərini Ümit Özdağın yanında olmağa dəvət edib və rəsmi kanallardan gəlməyən məlumatlara etibar edilməməsini istəyib.

Özdağın İstanbul Vatan Əmniyyət Müdirliyində gecələyəcəyi və sabah saat 09:00-da ifadə vermək üçün Çağlayan Ədliyyəsinə aparılacağı bildirilib.

Bu hadisə siyasi arenada geniş əks-səda doğurub və müxtəlif reaksiyalara səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR