İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğanı satanlar Azərbaycanı satanlardır” – Qüdrət Həsənquliyevdən olay yaradacaq sözlər

 

“Ərdoğanı satanlar Azərbaycanı satanlardır”.

Bu sözləri bu gün TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, Ərdoğan heç bir Türkiyə liderinin Azərbaycan üçün etmədiyini edib: “Elçibəy o şəxs idi ki, Anıt Qəbirdə yazmışdı ki, mən Atatürkün əsgəriyəm. Bu sözü yazan adama Türkiyə hökuməti dinc əhalini Kəlbəcərdən köçürmək üçün 2 helikopter verməmişdi. Ona görə ki, o dövrdə Türkiyənin siyasi hakimiyyəti müstəqil siyasət yürüdə bilmirdi. Onlar yalnız Qərbin tapşırıqlarını yerinə yetirirdilər. Qərb dedikdə xristian klubu başa düşülməlidi. Baxın, indi iki Türkiyə var: birincisi, bizə 2 helikopteri verməyən Türkiyə, ikincisi isə F16-ları bura gətirib, üçüncü ölkənin müdaxiləsi halında helikopterlərin havaya qalxacağı anonsunu verən Türkiyə. Türk generalları 44 günlük savaşda öz məsləhətləri ilə ordumuzun yanında olub”.

Q.Həsənquliyev bildirdi ki, Qərbdən çalınmış bir fitlə hərəkətə keçən “fit müxalifəti” tapşırıqla fəaliyyət göstərirlər. Millət vəkilinin sözlərinə görə, onlara Qərb ölkələrindən Ərdoğanı tənqid etmək, gözdən salmaq üçün tapşırıq verilib: “2016-cı ildə Ərdoğanı devirmək istəyən qüvvələr yenə də hərəkətə keçiblər. Onların burada xeyli əlaltıları var ki, onları maliyyələşdirirlər, bir qrupuna öz ölkələrində sığınacaq verirlər. Qərb ölkələrinə sığınmış insanlar bu tapşırığı yerinə yetirirlər. Onlar özlərinin nə qədər nadan, gerizəkalı olduqlarını da bilirlər. Siyasi perspektivləri də yoxdur. Ancaq tapşırıq, sifariş əsasında kimisə söyə bilərlər”

Millət vəkili bildirib ki, o baxımdan Ərdoğanın yenidən prezident seçilməsi son dərəcə önəmlidir.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR