İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanı heç belə görməmişdiniz: Tokayevlə tennis yarışması - VİDEO, FOTOLAR

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV Toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanada səfərdədir.

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti qazaxıstanlı həmkarı Kasım Comert Tokayev ilə Astanada ikitərəfli və heyətlərarası görüşlər keçirib. Görüşdən sonra dövlət başçılarının birgə mətbuat konfransı baş tutub.

Ərdoğan və Tokayev mətbuat konfransından sonra stolüstü tennis oynayıblar.

İki liderin tennis matçında rəngli görüntülər ortaya çıxıb.

Qeyd edək ki, Ərdoğan və Tokayev 10 may 2022-ci il tarixində baş tutmuş görüşdən sonra da stolüstü tennis oynamışdılar.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR