Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın paytaxtı Kuala-Lumpurda "Türkiyə-Malayziya Yeni Əsrdə Strateji Əməkdaşlıq toplantısı çərçivəsində" dövlət işçiləri və universitet tələbələri qarşısında çıxış edib.
Musavat.com xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampın Qəzzada fələstinliləri deportasiya etmək planını ciddi qəbul etmədiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, heç kim qəzzalıları öz torpağından çıxara bilməz.
"Bizim fikrimizcə, fələstinlilərin min illərdir yaşadıqları torpaqlardan sürgün edilməsi təklifləri ciddi qəbul edilə bilməz. Allahın izni ilə heç kim Fələstin xalqına ikinci Nəkbə yaşada bilməz və bunu edə bilməyəcək. İlk növbədə İsrail rəhbərliyi törətdiyi dağıntıların bədəlini ödəməli və Qəzzada yenidənqurma proseslərinə başlanmalıdır. Netanyahu öz torpaqlarından qopara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzada vurduğu 100 milyard dollar zərəri kompensasiya edəcək mənbə axtarmalıdır" - Ərdoğan vurğulayıb.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ