İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan “Taliban”a sərt reaksiya- “Dinimizdə belə bir şey yoxdur”  

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı “Taliban” rəhbərliyinin davranışlarına sərt reaksiya verib. “Biz qızların məktəblərdə təhsil almasına mane olmaq anlayışını qeyri-islami görürük... Bizim dinimizdə belə bir şey yoxdur”, -deyə Ərdoğan bildirib.

Musavat.com xatırladır ki, “Taliban” Keçid Hökumətinin Ali Təhsil Nazirliyi dekabrın 20-də Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi təlimatla qadın tələbələrin təhsilinin növbəti xəbərdarlıqa qədər dayandırıldığını açıqlayıb.

Dekabrın 24-də “Taliban” qeyri-hökumət təşkilatlarının (QHT-lərin) qadın işçiləri işə götürməsini növbəti xəbərdarlıqa qədər dayandırıb.

“Taliban” müvəqqəti hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdürrəhman Həbib bildirib ki, nazirlik sözügedən qərarı ölkədəki bütün QHT-lərə göndərib və bu qərara əməl olunmalıdır.

Qeyd olunub ki, qadın kadrların işə xitam verməyən QHT-lərin lisenziyası ləğv ediləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR