İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan seçki açıqlaması

Seçkinin belə müsbət və demokratik atmosferdə keçdiyi vaxt səslərin sayımı hələ davam edərkən, tələsik nəticələr açıqlamaq milli iradənin qəsb edilməsidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Sevinirik ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında öz əksini tapır.

Bütün mübarizə və yol yoldaşlarımdan nəticələr rəsmi açıqlanana qədər nə olursa olsun, seçki qutularının başından ayrılmamalarını rica edirəm. Demokratiya adına səs verən və seçki fəaliyyətlərində yer alan bütün vətəndaşlarımı təbrik edir, hər birinə təşəkkür edirəm", - Ərdoğan bildirib.//Gundem.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR