İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Kılıçdaroğluna: "Putinə hücum edə bilməzsən!"

“İndi də Bay Kamal (Kamal Kılıçdaroğlu – red.) cənab Putinə, Rusiyaya hücum edir”

Musavat.com "Sabah"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun Rusiya ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Kılıçdaroğlu, Bayden Ərdoğanın məğlub olmasını istəyirdi, qeydlərdə var. Amma sən acizsən, çarəsizsən! Mən o zaman “Bayden niyə belə dedi?” demədim. Halbuki mən səndən daha öncə Baydeni tanıyırdım. İndi isə sən Putinə hücum edəndə, bununla razılaşa bilmərəm. Rusiya ilə olan münasibətlərimiz hazırda Amerika ilə münasibətlərimizdən heç də geridə deyil. Rusiya ilə olan ticarətimiz Amerikadan daha çoxdur. Amma Bay Kamal, sən dövlət idaretməsi nədir, bilmirsən! Biz dünyanın istənilən ölkəsi ilə razılaşırıq. Sən bilmirsən! Fəqət, o fürsət də səndə olmayacaq”, – deyə dövlət başçısı bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR