İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan fərman: Türkiyədə kibertəhlükəsizlik ABŞ-dəki kimi qorunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərargahı Ankarada yerləşən Kibertəhlükəsizlik Təşkilatı yaradıb.

Musavat.com xəbər verir ki, bununla bağlı müvafiq fərman “Resmi Gazete”də dərc olunub.

Təşkilat ölkənin kibertəhlükəsizlik strategiyasını hazırlayıb həyata keçirəcək, milli kibertəhlükəsizlik ekosistemi çərçivəsində yerli məhsul və texnologiyaları inkişaf etdirəcək. Həmçinin İT təhlükəsizliyi sahəsində risk və təhdidlərlə bağlı məsələlərdə dövlət qurumları və özəl sektorla qarşılıqlı fəaliyyət göstərəcək.

İdarənin baş ofisi Ankarada yerləşəcək və 135 işçidən ibarətdir. Lazım gələrsə, şöbənin ölkə daxilində və xaricdə filialları açıla bilər. Şöbə prezident administrasiyasının tabeliyindədir və ona hesabat verir, onun öz büdcəsi olacaq.

Türkiyədə kibertəhlükəsizliyin təmin edilməsi üçün ayrıca strukturun yaradılması zərurəti ölkənin Milli Təhlükəsizlik Şurasının 2024-cü ilin iyulunda keçirilən iclasında elan edilib. Yeni qurumun strukturunun ABŞ Milli Təhlükəsizlik Agentliyinə bənzəyəcəyi iddia edilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR