İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan CHP barədə ŞOK SÖZLƏR: Əxlaqsızlıq, korrupsiya…

“Korrupsiya əməliyyatı bəhanəsi ilə İstanbulda küçələrimizi pozmaq istədiklərini görürük. Bir ovuc səriştəsiz ambisiyalıların öz var-dövlətləri, mənafeləri, qazanc və talan planları korlanmasın deyə millətin əmin-amanlığına təhlükə törətməsinə dözməyəcəyik. Biz bu millətin qardaşlığına xələl gəlməsinə razı olmayacağıq”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) xalqı mitinqlərə çağırdı küçə çıxılmaz küçədir:

“CHP-nin oğurluq, soyğunçuluq və dələduzluğu müdafiə etmək üçün məhkəmə zalları əvəzinə küçələri göstərməsi ciddi məsuliyyətsizlikdir. Aydın məsələdir ki, CHP təkcə bələdiyyələrdə məskunlaşmış oğrulardan deyil, marjinal strukturlardan, terror təşkilatlarından da məsafə saxlamalıdır. Onlar dərin qarışdıqları korrupsiyaya, problemli ritorikaya görə qanuni əsaslarla fəaliyyət göstərən partiya statusunu itirirlər. Aydındır ki, CHP marjinal strukturlardan və terror təşkilatlarından uzaq olmalıdır. Polisimizə hücum etməklə, prokurorlarımızı hədələməklə, demokratiyaya, milli iradəyə meydan oxumaqla, antidemokratik vasitələrə əl atmaqla heç nə əldə olunmayacaq”.

Ərdoğan qeyd edib ki, Türkiyə küçədə tapılan bir ölkə deyil və küçə terroruna təslim olmayacaq:

“CHP sədri cənab Özəl marjinal təşkilatların, talançıların quyruğunu izləməkdənsə, vicdan sahibi insanların sözünə qulaq asmalı, məsuliyyətli davranmalıdır. Bütün oğurluğu, korrupsiyanı, əxlaqsızlığı, bələdiyyələrdə qurulan mafioz sistemi müdafiə edə bilirsənsə, get millətə başa sal. Əgər bacarırsınızsa, küçələrdə qışqıraraq, terror edib vətəndaşlarımızın dincliyini pozmayın. Sonradan utanacağınız hərəkətlərlə məşğul olmayın. Biz imkan verməyəcəyik ki, bir ovuc quldur öz məsələsini millətin məsələsinə çevirsin. Biz ictimai asayişin pozulmasına imkan verməyəcəyik və vandalizm qarşısında baş əyməyəcəyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR