İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yenə MEYDAN OXUYUR: Onun siyasi əxlaqı...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə 28 may seçkiləri ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, paylaşımda deyilir:

"Mayın 28-də seçkiyə gedəcək bütün bacı-qardaşlarıma səmimi qəlbdən bu sualları vermək istərdim:

Seçkidən əvvəl pulsuz evlər vəd edib, sonra zəlzələ qurbanlarımızı evindən qovmağa çalışanlara hörmət varmı?

Bürokratik və ya siyasi həyatında ölkəyə heç bir yaxşılıq etməyən adamdan bu millət bir xeyir görəcəkmi?

17-25 dekabr çevriliş cəhdi zamanı FETÖ-çülərlə əlaqəsi olduğunu öz ağzı ilə etiraf edən birinə etibar etmək olarmı?

Meydanlarda 6-8 oktyabr hadisələrinin təhrikçilərini həbsxanadan azad edəcəklərinə söz verənlərdən separatçı təşkilatla mübarizə gözlənilə bilərmi?

Rəqiblərini ləğv etmək üçün hər vasitəni, o cümlədən şantaj, hədə-qorxu, təzyiq, kaset planlarını qanuni hesab edənlərin siyasi əxlaqına inanmaq olarmı?

Dünən ağ dediyinə bu gün qara deyən, dünən dediyini inkar edən adama, təbii ki, inanmaq, övladlarımızın gələcəyini etibar etmək olmaz.

Millətimiz mayın 14-də 323 deputatla Məclisin çoxluğunu Cümhur İttifaqına verməklə, əslində, öz iradəsini bəyan etdi. Prezidentlikdə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi. İnşallah 28 mayı sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR