İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Xocalıda Putinə bu MESAJI VERƏCƏK - GƏRGİNLİK BÖYÜDÜ!

Xəbər verdiyimiz kimi, Ərdoğan bu ay Xocalıya səfər edəcək. Azərbaycan-Rusiya gərginliyinin pik həddə çatdığı bu günlərdə Türkiyə prezidentinin susqunluğu sual doğurur. Amma Türkiyə mediası Ərdoğanın Suriya məsələsinə görə Rusiyanın telekanallarında təhqir və tənqid olunmasına görə susqunluğunu Xocalıda pozacağını yazır. Xüsusən də Azərbaycanın təyyarəsini vuran və bunun ardınca ölkəmizə təzyiq edən Rusiyaya qardaş ölkənin prezidenti tərəfindən müvafiq cavab veriləcək. Azərbaycanla müttəfiqlik sazişi olan Türkiyə bu məsələdə susqun qalmayacağı şübhəsizdir. Suriya prosesləri başlayan gündən Ərdoğanla Putin arasında hər hansı ünsiyyətin olmadığını nəzərə alsaq, bu cavab bir çox suallara cavab verəcək.

Bu və digər mövzulara bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində toxunacağıq. Qonağımız hərbi ekspert Elxan Şıxəliyev olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR