İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan XƏBƏRDARLIQ ETDİ - Buna fürsət verilməyəcək

"Gəlin 21 ildə qurduğumuz bu güclü iş və xidmət infrastrukturu üzərində ölkəmizi daha yüksək səviyyəyə qaldıraq. "Türkiyə Əsri" ilə övladlarımıza təhlükəsiz, dinc, firavan bir ölkə və gələcək verək. Mayın 14-də birinci turu keçirilən prezident seçkilərində 27 milyondan çox səs və 49,5 faiz balla bunun işarəsini verdiniz. Parlament seçkilərində Cümhur İttifaqına səs verərək 322 deputatla iradənizin istiqamətini göstərdiniz. İndi yarımçıq qalan işləri mayın 28-də başa çatdırmaq qalır".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən “Vətəndaş Dərnəkləri Yığıncağı”nda deyib.

Türkiyə lideri bildirib ki, heç bir arxayınlıq, qalibiyyət eyforiyası yoxdur:

"14 mayı 28 mayda bitirək. Gərginlikdən, çirkab siyasətindən, təxribatdan kömək gözləyən fitnəçilərə baxmayaraq, mayın 28-də 85 milyonluq qutuları bayram yerinə çevirəcəyik. Biz heç vaxt uduzacağını anlayanlar tərəfindən təxribata çəkilməyəcəyik".

Ərdoğan Türkiyənin büdrəməsini gözləyənlərə fürsəti verməyəcəkləri barədə xəbərdarlıq da edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR