İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "Türkiyəni böyütmək və gücləndirmək üçün işləməyə davam edəcəyik”

“Mayın 14-dən sonra Türkiyəni böyütmək və gücləndirmək üçün işləməyə davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, hakimiyyət millətin iradəsinə vurulan zəncirləri: - böhran, xaos, çevriliş cəhdləri və siyasi sabitsizlik kimi qandalları bir-bir parçalayıb: “Əlbəttə, hər insan kimi, bizim də çox istədiyimiz halda, eləyə bilmədiklərimiz olub. Bürokratik oliqarxiyanın əngəllədiyi, müxalifətin mane olduğu layihələrimizi saymaqla bitirə bilmərik. Amma biz bu siyasətə təslim olmadıq, ölkəmizi əsərlərimizlə naxış-naxış toxuduq. Əziz millətimizə xidmət etmək üçün daha çox tər tökəcək, daha çox işləyəcəyik”.

Ərdoğan həmçinin dünən Kırklareli, Edirne və Tekirdağ şəhərlərinə səfərlərini xatırladıb: “Trakyanın, xüsusilə Kırklareli bizim üçün və siyasi hərəkatımız üçün xüsusi əhəmiyyətlidir. Kırklarelinin və bütün Türkiyənin bizə necə sahib çıxdığını unutmadıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR