Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Livan arasında bu gün səhər qüvvəyə minmiş atəşkəs razılaşmasını müsbət qiymətləndirib.
Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu razılaşmanın bölgədə gərginliyin azalması baxımından mühüm addım olduğunu qeyd edib.
"Ankara tərəflərin atəşkəs rejiminə mütləq şəkildə riayət etməsini gözləyir. Bu, bölgədə uzunmüddətli sabitlik və sülhün bərqərar olması üçün önəmli addımdır", – deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə Yaxın Şərqdə barışın və dialoqun təşviqi üçün dəstəyini davam etdirəcək. O, tərəfləri atəşkəsi pozmamağa və münaqişələri dinc yolla həll etməyə çağırıb.
Türkiyə İsrail və Livan arasındakı bu razılaşmanın davamlı olmasını təmin etmək üçün həm regional, həm də beynəlxalq səviyyədə səy göstərməyə hazır olduğunu bildirib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ