Onlayn ictimai-siyasi qəzet
Dünyanın ilk PUA gəmisi “TCG Anadolu” İzmirdə vətəndaşların ziyarət etməsi üçün açıq olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, İstanbulda “TCG Anadolu” gəmisini təxminən 70 min vətəndaş ziyarət edib. Ərdoğan bu gəminin Türkiyənin Qara və Aralıq dənizlərində maraqlarını və təhlükəsizliyini qorumaqda mühüm rol oynayacağını vurğulayıb.
Türkiyə lideri ölkəsinin ilk elektromobili olan “Togg”un Azərbaycan və Özbəkistan Prezidentlərinə təhvil verildiyini xatırladaraq, digər liderlərin də bu avtomobildən istədiklərini qeyd edib.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ