İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Sinan Oğanla görüşüb- YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş baş tutub.

Bu barədə teleqram kanallarında məlumat yayılıb. 

Görüşün detalları hələ ki, açıqlanmayıb.

****

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində  “ATA İttifaqı”ndan namizəd olan Sinan Oğan ilə görüşəcək.

Musavat.com xəbər verir ki, görüşün bu gün İstanbulda Dolmabahçedəki ofisdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR