İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan seçkiqabağı tədbirdə baş verən silahlı insidentə münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası zamanı baş verən silahlı insidentə münasibət bildirib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

“Həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” - , deyə Ərdoğan özünün “X” sosial şəbəkə hesabında yazıb.

Türkiyə lideri bildirib ki, hadisədən dərhal sonra hücumla bağlı hərtərəfli istintaq başladılıb.

Xatırladaq ki, Türkiyədə seçkiqabağı tədbirdə atışma olub. Belə ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR