İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "Qarabağın 30 illik işğalına son verən müharibə TDT-nin son uğurlarındandır"


"Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir: "Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb".

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İlk gündən bu istiqamətdə səylərimizi davam etdiririk".

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR