Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon söhbəti zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal mövzular müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi başda olmaqla, bir çox sahədə əməkdaşlığı artırmağı hədəflədiklərini bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə bölgədəki gərginliklərin aradan qaldırılması üçün səylərini davam etdirir və sülh proseslərinə töhfə verməyə davam edəcək.
Aytən Novruz
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ