Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və ABŞ pezidenti Donald Trampla telefon danışığı aparmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, Ərdoğan bu təşəbbüsün Ukrayna ətrafında yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə liderlərin İstanbulda mümkün görüşünün təşkilini müzakirə etmək üçün nəzərdə tutulduğunu bildirib.
“Böyük ehtimalla bu həftə Putin və Tramp ilə danışaraq İstanbulda liderlərin görüşünün keçirilməsi perspektivlərini müzakirə edəcəyik. Bunun üçün çalışacağıq”, – deyə Ərdoğan iyulun 23-də İstanbulda baş tutan Rusiya–Ukrayna birbaşa danışıqlarının üçüncü raundunun nəticələrini şərh edərkən jurnalistlərə bildirib.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ