İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "PKK-nın İraqda varlığına son qoyulmalıdır"

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR