İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan niyə Paşinyanın adını çəkmədi? – Mirzoyan cavab verdi

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində ikinci sırada oturması protokol məsələsidir.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bütün baş nazirlər ikinci sırada idilər”, - Mirzoyan bildirib.

O, Ərdoğanın indiki liderlər siyahısında Paşinyanın adının çəkilməməsi ilə bağlı iclas zalından gələn şərhlərə də cavab verib.

“Nə deyim, Macarıstan baş naziri də daha az əhəmiyyətli adam deyil, məncə, Prezident Ərdoğan üçün əslində harada oturdulması və siyahıya salınmasının heç bir fərq yoxdur. Bunlar mərasimlə bağlı şeylərdir”.

Mirzoyan bununla bağlı spekulyasiyaların doğru olmadığını söyləyib.

Nikol Paşinyan iyunun 3-də Ankarada Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. Ermənistan baş nazirinin mərasimdə ikinci sırada oturdulması ölkəsində müzakirələrə səbəb olub./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR