Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.
Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır. Ərdoğan həmçinin Qərb ölkələrinin mövqelərinin Yaxın Şərqdəki vəziyyətə mənfi təsir etdiyini söyləyib.
Xatırladaq ki, R.T.Ərdoğan daha əvvəl ukraynalı həmkarı Volodimir Zelenski ilə danışmışdı. (Report)
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ