İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan İlhan Şeşenin vəfatı ilə bağlı başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni İlhan Şeşenin vəfatı ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, başsağlığı mesajında qeyd olunub:

"İfa etdiyi musiqi, bəstələri və aktyorluğu ilə könüllərdə iz qoyan dəyərli sənətçi İlhan Şeşenin vəfat xəbərini dərin kədər hissi ilə qarşıladım.

Mərhum İlhan Şeşenə Allahdan rəhmət diləyir, ailəsinə səbr, onu sevənlərə və bütün sənət camiəsinə başsağlığı verirəm.

Məkanı cənnət olsun!"

Qeyd edək ki, bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan Şeşen bu gün 76 yaşında dünyasını dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR