Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ədalətin olmadığı yerdə sülh və inkişafın mümkün olmadığını bildirib.
Musavat.com xəbər verir ki, o, iki milyarddan çox müsəlmanın maraqlarını nəzərə alan yeni bir dünya nizamının yaradılmasının zəruriliyini vurğulayıb.
“İslam dünyasının 2 milyarddan çox əhalisi var, lakin bu sistemdə layiqincə təmsil olunmur. Ədalətsiz sistemdə bəşəriyyət üçün sülh və rifah mümkün deyil. Biz iqtisadiyyat, diplomatiya, ticarət və təhlükəsizlik sahələrində problemləri həll etmək üçün yeni yanaşmaya və yeni dünya nizamına ehtiyac duyuruq. Ədalətə, əməkdaşlığa və etimada əsaslanan sistem qurmaq seçim deyil, zərurətdir”, – deyə
Ərdoğan Malayziyanın paytaxtı Kuala-Lumpurda çıxışı zamanı qeyd edib.
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ