İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan 12 ildən sonra bu ölkəyə GEDİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa gedir.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, Qəzza məsələsindən sonra İran-İsrail böhranı da bölgədə gərginliyi artırıb.

Qeyd olunub ki, Ərdoğanın İraqa səfəri zamanı bölgədəki qaynar proseslər, terrorla mübarizə kimi çox mühüm məsələlər müzakirə olunacaq.

Aprelin 22-nə planlaşdırılan səfər 12 ildən sonra ilk dəfə həyata keçiriləcək. Çünki prezident Ərdoğan sonuncu dəfə baş nazir olduğu dövrdə İraqa gedib.

Bu görüş hər iki ölkə üçün çox mühüm hesab olunur. 

Martın 14-də xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və daxili işlər nazirinin müavini Münir Karaloğlu Bağdadda mühüm görüşlər keçiriblər.

İraqın xarici işlər naziri Fuad Hüseynlə keçirilən təhlükəsizlik toplantısında müzakirə mövzusu terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıq olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR