Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərində məşhur rus kriptovalyuta fırıldaqçısı Roman Novak və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilib.
Musavat.com xəbər verir ki, cütlük bir ay əvvəl itkin düşüb, bundan sonra yaxınları polisə müraciət ediblər.
İstintaq müəyyən edib ki, cütlük fidyə üçün qaçırılıb, lakin pulu almadan cinayətkarlar onları öldürüblər. Novakın telefonundan sonuncu siqnal Cənubi Afrikada qeydə alınıb.
Rusiya vətəndaşları olduğu müəyyən edilən şübhəlilər saxlanılıb və tezliklə Sankt-Peterburqa təhvil veriləcəklər.
Qeyd edək ki, Novak əvvəllər kripto biznesini inkişaf etdirmək bəhanəsi ilə investorlardan alınan təxminən 500 milyon dolları oğurlayıb.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ