İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn skandalı böyüyür: Trampın çılpaq qadın rəsmli məktubu aləmi qatdı

ABŞ-da uşaq təcavüzü və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən, həbsxanada intihar edən amerikalı maliyyəçi Cefri Epsteyn işi ilə bağlı skandal getdikcə böyüyür.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal” (WSJ) prezident Donald Trampın 50 illik yubileyində Epşteynə göndərdiyi təbriklə bağlı maraqlı məlumat dərc edib. Həmin təbrikə Trampın çılpaq qadın rəsmi əlavə etdiyi bildirilir.

Qəzetin yazdığına görə, Epsteinin dostu Culian Maksvell onun yubileyi şərəfinə dostlarından gələn ədəbsiz mesajlardan ibarət albom hazırlayıb. Onlardan birinin müəllifi ABŞ-ın hazırkı prezidenti olub. O, çəkdiyi rəsmləri "Ad günün mübarək - hər gün başqa bir gözəl sirr gətirə bilər" sözləri ilə müşayiət edib.

Nəşr məqaləni hazırlayarkən Trampdan şərh istəyib. Prezident xəbəri saxta adlandırıb və rəsmin müəllifinin o olmadığını bildirib. Amerika lideri bu məlumat açıqlanacağı təqdirdə qəzeti məhkəməyə verəcəyi ilə hədələyib. Lakin WSJ məlumatı dərc etməkdən çəkinməyib.

Material yayıldıqdan sonra vitse-prezident J.D.Vens də məsələyə qarışıb: "Bu məktub haradadır? Təəccüblüdür ki, onlar onu dərc olunmazdan əvvəl bizə heç vaxt göstərməyiblər. O, Donald Trampın belə bir şey çəkə biləcəyinə şübhə edib.

Qəzet qeyd edir ki, albomda Trampın çəkdiyi rəsmlə yanaşı, alt paltarı, kosmetika və aksesuarlar istehsalçısı Victoria's Secret şirkətinin sahibi olan Amerikanın L Brands şirkətinin qurucusu və keçmiş sahibi Lesli Veksnerin çəkdiyi qadın döşünün rəsmləri də yer alıb. "Mən sizə istədiyinizi vermək istədim. Budur", - Veksner çəkdiyi şəklin altına yazıb.

WSJ-nin məlumatına görə, albom Ədliyyə Nzirliyinin 2019-cu ildə Epşteynlə bağlı araşdırması zamanı nəzərdən keçirdiyi sənədlər arasındadır. Qəzet bu materialların Tramp administrasiyasının son vaxtlar başlatdığı araşdırmada istifadə edilib-edilmədiyini dəqiqləşdirməyib.

SpaceX-in qurucusu Elon Musk The Wall Street Journal (WSJ) tərəfindən dərc edilən məktubu saxta hesab edib. Mask X-də yazıb: "Məktub saxta kimi görünür". O, qəzetin istinad etdiyi məktubun Trampın üslubuna uyğun gəlmədiyini izah edib: “Açığı, bu, Trampın ifadə üslubuna bənzəmir”.

Donald Tramp özü isə qəzet və media maqnatı Rupert Merdoku məhkəməyə vermək niyyətində olduğunu bildirib. O, məktubla bağlı məlumatın yalan olması barədə mətbuata əvvəlcədən məlumat verdiyini qeyd edib. Onun fikrincə, məktubu demokratlar qəsdən uydurublar.

Tramp baş prokuror Pam Bondidən amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı münsiflər heyəti qarşısında ifadəsinin stenoqramını açıqlamasını istəyib: "Mən baş prokuror Pam Bondidən məhkəmənin təsdiqi ilə böyük münsiflər heyətinə bütün lazımi ifadələri verməsini xahiş etdim". Baş prokuror da öz növbəsində məhkəməyə müvafiq sorğu göndərməyə hazır olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR