İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əngəlsiz dünya” – uşaqlar üçün ümid və güvən layihəsi - FOTO

Musavat.com xəbər verir ki, “QOLAT Sport Service”nin təşkilatçılığı və SOCAR-ın sponsorluğu ilə keçirilən “Əngəlsiz dünya” adlı sosial layihə uşaqların həyatına işıq saçdı. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan və sosial çətinliklərlə üzləşən uşaqların fiziki və psixoloji inkişafına dəstək olmaq, onların sosial həyata inteqrasiyasını təmin etməkdir.

Bu tədbir bir daha göstərdi ki, uşaqlara sevgi, diqqət və qayğı göstərmək yalnız valideynlərin deyil, bütün cəmiyyətin borcudur. Çünki hər bir dövlətin gələcəyi sağlam, özünəinamlı və düzgün tərbiyə almış gənc nəsildən asılıdır.

“QOLAT Sport Service”nin direktoru Səid Bağırov bildirib ki, layihənin əsas dayaqları fiziki və psixoloji inkişaf, sosiallaşma və özünəinamın gücləndirilməsi, sağlam həyat tərzinə təşviqdir:

“Biz bu layihə ilə uşaq evlərində böyüyən və xüsusi qayğıya ehtiyacı olan uşaqlara idmanın gücü ilə həyat sevinci bəxş etməyi hədəfləmişik. Onların gözündəki parıltı bizim üçün ən böyük mükafatdır”.

Beləliklə, “Əngəlsiz dünya” hər bir uşaq üçün yalnız bir layihə deyil, ümid qapısı və yeni həyat başlanğıcı oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR