İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən yüksək keçid balı bu ixtisasda oldu - Rektordan açıqlama

Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov paylaşım edib.

Onun sözlərinə görə, BANM-in İnformasiya təhlükəsizliyi ixtisası 687 balla ən yüksək göstərici olub.

“Birinciliyi yenə də əldən vermədik! Azərbaycan təhsil tarixinin yeni rekordunu təzələdik. Bu ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya başçılıq edir. Bundan öncə rekord 685 bal idi. Eyni zamanda gələcəyin ixtisası olduğunu bir daha göstərdi. Qəbul olan tələbələrimizi ürəkdən təbrik edirəm”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR