Onlayn ictimai-siyasi qəzet
Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər.
Sarımsağın bilmədiyiniz beş zərərini təqdim edirik:
Qaraciyəri zəhərləyər
Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır. Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.
Diareyası olanlara olmaz
Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiniz.
Ürəkbulanma və mədə yanması verir
Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə ürəkbulanma, mədə yanması, hətta qusma ola bilər.
Nəfəsi korlayır
Bu da sarımsaqda olan kükürd maddəsinə görədir.
Qanaxmanı artıra bilər
Sarımsaq təbii qan durulaşdırıcıdır, ona görə laxtalanma problemi olan, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar çiy sarımsaqdan uzaq dursa yaxşıdır.//Oxu.az
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ