İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən qısqanc və həsəd aparan bürclər kimlərdir?

Astrologiya insan xarakterinə təsir edən amillərdən biri kimi qəbul olunur. Hər bürcün özünəməxsus xüsusiyyətləri var. Bəziləri səbirli və mehribandır, digərləri isə daha emosional və qısqancdır. Paxıllıq və qısqanclıq insanın xarakterindən və şəraitdən asılı olsa da, bəzi bürclərin bu xüsusiyyətlərə daha çox meyilli olduğu deyilir.

Paxıllığı və qısqanclığı ilə seçilən bürcləri təqdim edirik:

Əqrəb

Əqrəb bürcü astrologiyada ən qısqanc və ehtiraslı bürc hesab olunur. Onlar münasibətlərində dərin bağlar qurur və partnyorlarına qarşı çox sahiblənici ola bilirlər. Əqrəblər güvən problemi yaşayan bürclərdən biridir və ən kiçik şübhə belə onların hiddətlənməsinə səbəb ola bilər. Paxıllıq mövzusuna gəldikdə isə, əqrəblər qətiyyən uğurlarını başqaları ilə bölüşməyi sevmirlər. Onlar öz sahələrində ən yaxşı olmaq istəyir və başqalarının onlardan daha uğurlu olmasını asanlıqla qəbul edə bilmirlər. Əqrəb paxıllığını birbaşa ifadə etməsə də, içində gizlədib müəyyən vaxtda ortaya çıxara bilər.

Buğa

Buğa bürcü sabitliyi və rahatlığı sevir. Onlar münasibətlərində olduqca sahiblənici və qısqancdırlar. Buğalar güvəndikləri insanı çox sevir, lakin onların diqqətinin başqasına yönəlməsi ehtimalı onları qısqanclıq böhranına sala bilər. Paxıllığa gəldikdə buğalar maddi uğurlara çox önəm verdiklərinə görə, başqalarının daha varlı və ya rahat həyat tərzi keçirməsi onları narahat edə bilər. Onlar səbirli və sakit görünsələr də, içlərində rəqabət hissi güclü olur və başqalarının nailiyyətlərini yaxından izləyirlər.

Xərçəng

Xərçəng bürcü emosional və duyğusal insanlardır. Onlar münasibətlərinə və ailələrinə çox bağlıdırlar. Lakin bu bağlılıq bəzən həddindən artıq qısqanclığa çevrilə bilər. Xərçənglər sevdikləri insanları daim qorumaq və nəzarət etmək istəyirlər. Əgər partnyorları onlara qarşı kifayət qədər diqqətli olmasa, ciddi emosional dramlar yarana bilər. Paxıllıq mövzusunda xərçənglər başqalarının daha xoşbəxt həyat yaşamasını görüb həsəd apara bilərlər. Xüsusilə, ailə və şəxsi həyat mövzusunda başqalarının daha uğurlu olması onlarda dərin qısqanclıq yarada bilər.

Şir

Şirlər doğuşdan lider və diqqət mərkəzində olmağı sevən insanlardır. Onlar adətən qısqanc kimi tanınmasalar da, əslində onların qısqanclığı özünə olan sevgidən qaynaqlanır. Əgər sevdikləri insan başqasına daha çox diqqət ayırırsa, Şirlər bunu qəbul edə bilməzlər. Paxıllıq məsələsində şirlər daim ən parlaq ulduz olmaq istədikləri üçün, başqalarının onlardan daha uğurlu olması onları qıcıqlandıra bilər. Şir bürcü rəqabətə meyilli olduğuna görə, daim ətrafdakılarla özünü müqayisə edir və daha üstün olmaq üçün mübarizə aparır.

Oğlaq

Oğlaqlar karyera və uğura fokuslanan ciddi və məsuliyyətli insanlardır. Onlar açıq şəkildə paxıllıq etməsələr də, daxillərində rəqabət hissi çox güclüdür. Oğlaqlar öz sahələrində ən yaxşı olmaq istəyirlər və əgər başqalarının daha uğurlu olduğunu görsələr, bu, onlara motivasiya verən, eyni zamanda paxıllıq hissi yaradan bir faktor ola bilər. Münasibətlərdə isə oğlaqlar səssiz qısqanclıq nümayiş etdirirlər. Onlar duyğularını açıq şəkildə ifadə etmədiklərinə görə, qısqandıqlarını hiss etdirmək əvəzinə, məsafəli davranmağa üstünlük verirlər./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR