İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən böyük kriptobirjadan rusiyalılara qadağa

Dünyanın ən böyük kriptobirjası olan Binance Rusiyadan olan istifadəçilərə rubldan başqa digər bütün valyutalarla əməliyyatları qadağan edib.

Binance-nin Telegram kanalında bununla bağlı yerləşdirilən xəbərdarlıqda bildirilir ki, RUB fiat valyutasından yalnız RU KYC (Know Your Client – “Öz müştərini tanı” müştəri tanıma aləti) olan və Rusiya ərazisində yaşayan şəxslər istifadə edə bilər.

Binance həmçinin Rusiyadan kənarda yaşayan Rusiya vətəndaşlarına da məhdudiyyət tətbiq edib. Onlar ünvanı təsdiq edən yoxlamadan keçəndən sonra rubl, avro, dollar və qrivnadan başqa digər valyutalarla əməliyyatlar həyata keçirə biləcəklər. Rusiyalı ekspertlər bu qərarın Binance platformasında əməliyyat həyata keçirən rusiyalılara mənfi təsir göstərəcək. Bundan başqa, gözlənilir ki, ilin sonunadək sanksiyalara görə platformadakı Rusiya investorlarına təzyiqlər daha da artsın və sonda onların iştirakına tamamilə qadağa qoyulsun.

Qeyd edək ki, Binance bu ilin əvvəlindən Rusiyadakı müştərilər üçün sanksiyalara görə tətbiq etdiyi məhdudiyyətlərin bir qismini ləğv etmişdi. Bu, Qərbin sanksiyalarına qarşı getmək kimi qiymətləndirilirdi. ABŞ Maliyyə Nazirliyi birjaya qarşı məhkəmədə iddia qaldırdıqdan sonra Binance geriyə addım atmağa məcbur oldu.

Binance.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR