İnsanlara hürriyət, millətlərə istiqlal!

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

Çox hörmətli Mehriban xanım, Əziz Bacım.

Doğum gününüzü ən səmimi diləklərimlə təbrik edir, sevdiklərinizlə birlikdə cansağlığı, xoşbəxtlik və hüzur dolu neçə belə illər arzu edirəm.

Bu əlamətdar günün xüsusilə illərlə haqsız şəkildə yurdundan qoparılmış Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığı günə təsadüf etməsi sevincimizi daha da artırıb.

"Bir millət, iki dövlət" inancından aldığı güclə və qardaşlıq bağlarımız əsasında ən yüksək səviyyəyə çatdırdığımız Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələriniz hər cür təqdirə layiqdir.

Fürsətdən istifadə edərək şəxsən Sizə, çox hörmətli ailənizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı və ən səmimi sevgilərimi çatdırıram.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR