İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Həsənli AKP-nin sədr müavini ilə görüşüb - FOTO

Bu gün “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında partiyanın sədr müavini və Sosyal siyasət başqanı Jüridə Sariəroğlu ilə görüşüb.

Bu barədə Musavat.com-a Emin Həsənli özü məlumat verib.

Görüşdə Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumuk da iştirak edib.

Jüridə Sariəroğlu qonaqları partiyanın qərargahında salamladı. Türkiyə-Azərbaycan qardaşlığında iki ölkə prezidentinin fəaliyyətini yüksək qiymətləndirdi.

Emin Həsənli Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayib Ərdoğanın qələbəsi münasibəti ilə Jüridə Sariəroğlunu təbrik etdi. Azərbaycan xalqının da seçkiləri diqqətlə izlədiyini və Azərbaycanda hər kəsin bu seçkiyə həssas yanaşdığını bəyan etdi. 44 günlük müharibədən sonra Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın dəstək verdiyini qeyd etdi. Bu da təbiidir. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın rəhbərliyilə Türkiyə Dövləti və Türkiyə xalqı 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu. Siyasi və mənəvi dəstək verdilər.

Eyni zamanda, hərbyönümlü təşkilatların Türkiyənin qürur mənbəyi olduğunu qeyd etdi. Ehtiyatda olan zabitlər, gizirlər və qazilərlə fəxr etdiyini bildirdi.

Türkiyə Müharib Qazilər dərnəyinin sədri Bəyazid Yumuk Azərbaycanın hərbi təşkilatları ilə əməkdaşlığı çox yüksək qiymətləndirdi. Bəyazid Yumuk da təbriklərini çatdırdı. Türkiyədə qazilər, şəhid ailələri, müharib qazilər seçkilərdə Rəcəb Tayib Ərdoğanı dəstəklədiklərini, parlament seçkilərində də Cumhur ittifaqına səs verdiklərini bəyan etdi. Bir vətəndaş kimi Rəcəb Tayib Ərdoğanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açdı.

Emin Həsənli Türkiyədə seçkiləri yaxından izlədiyini, Türkiyə xalqının bir daha inkişafa tərəqqiyə, ədalətə səs verdiyini və Rəcəb Tayib Ərdoğanın Türkiyə dövləti üçün etdiklərini, dünya birliyində Türkiyənin gördüyü işləri yüksək qiymətləndirdi. Qeyd olundu ki, Türkiyə bu seçkilərlə dünyaya demokratiya dərsi keçdi.

Jüridə Sariəroğlu nazir olduğu dönəmdə Azərbaycana səfərini xatırlatdı və Azərbaycanla qürur duyduğunu bildirdi. Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu çox yüksək qiymətləndirdi. Azərbaycan və Türkiyə əməkdaşlığının hər zaman yüksək olacağını bəyan etdi.

Emin Həsənli rəhbərlik etdiyi təşkilatın hazırladığı kitablar AKP funksionerinə təqdim oldundu. Fəaliyyətlərində uğurlar arzu edildi. Rəcəb Tayib Ərdoğanın sədri olduğu AKP-nin bütün türk dünyasının partiyası olduğu bildirildi.

Emin Həsənli bir daha seçkidə möhtəşəm qələbə münasibəti ilə təbrik etdi. Bu qələbə türk dünyası, islam aləmi üçün xeyirli-uğurlu olmasını bəyan etdi. Emin Həsənli Rəcəb Tayib Ərdoğana və qalib gələn millət vəkillərinə uğur arzu etdi. Türkiyə prezidenti və partiya sədri Rəcəb Tayib Ərdoğana Azərbaycan gənclərinin və “Qardaşlığımız Əbədidir” QHT koalisoyasının üzvlərinin salamlarını çatdırdı. Sonda xatirə şəkli çəkildi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR