İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov vəzifəsindən getdi

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Gundem.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə danışıb.

İş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir: “Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”.

O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var.

Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR