Onlayn ictimai-siyasi qəzet
Xəstəxanaya yerləşdirilən müğənni Əbdül Xalid hazırda reanimasiyadadır.
Bu haqda Musavat.com-a açıqlamasında ifaçının köməkçisi Nicat Quliyev deyib.
"Reanimasiyadadır, nə zaman palataya köçürüləcəyini bilmirik. Xəstəxanaya ağır formada çatdırıldı. Müalicəsi davam edir".
Qeyd edək ki, ifaçıya kəskin xolesistit (öd kisəsi iltihabı) diaqnozu qoyulub və öd kisəsinin çıxarılması əməliyyatı icra edilib.
Könül İbrahim
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ