İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist AİLƏ SİRRİNİ AÇDI: “Həyat yoldaşım 42 ildə bir dəfə də olsun…”

“İstəməmişəm desinlər ki, filan vaxtı o xanımla oturub hardasa çay içmişəm, çörək yemişəm”.

Bu sözləri sənəti ilə ailə həyatını necə uzlaşdırmasından danışan Əməkdar artist Rəhilə Bəndəliyeva deyib.

Sənətçi şəxsi həyatı ilə bağlı bəzi məqamlara toxunub:

“42 il bir yerdə yaşamışıq, həyat yoldaşım bir dəfə də olsun, mənə əl qaldırmayıb. Evdə incisəm də, heç kimə bildirməmişəm. O, hər zaman sənətimdə mənə dəstək olub.

Mən ona əvvəldən demişəm ki, sənətimlə nəfəs alıram, oxumasam, yaşaya bilmərəm. O da qarşımı kəsməyib. Amma mən də hər zaman sərhədi gözləmişəm. İstəməmişəm desinlər ki, filan vaxtı o xanımla oturub hardasa çay içmişəm, çörək yemişəm.

Qayınanam da məni çox istəyib. Ona ana yox, xala deyib müraciət etmişəm, amma sirrini qızları ilə yox hər zaman mənimlə bölüşüb”./Yenicag.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR